Axşam duası (#4691)

Ey mənim Allahım, mənim Mövlam, mənim Məqsudum! Sənin bu bəndən Sənin qayğı və hifzini diləməklə Sənin Rəhmətinin sıgınacağında və Sənin fəzl çadırının kölgəsində dincəlmək istəyir.

Ya Rəbb, yalvarıram, Sənin yatmayan gözün hörmətinə, Səndən başqa hər şeyə baxmaqdan mənim gözlərimi qoru. Sonra onların nurunu artır ki, Sənin nışanələrini görsünlər və Sənin Vəhy Üfüqünə baxsınlar. Sən O Allahsan ki, qüdrəti özünü göstərincə qüvvətin zatı titrədi.

Səndən başqa Allah yoxdur. Sən Qüdrətli, Qalib və İxtiyar Sahibisən.

-Bahá'u'lláh
-----------------------

Axşam duası (#4709)

Mən necə yata bilərəm, Ey Allah, mənim Allahım, Sənin həsrətini çəkənlərin gözləri Sənin hicranından oyaq ikən; və mən necə uzanıb dincələ bilərəm, Sənin aşiqlərinin qəlbləri Səndən uzaqlıqdan pərişan ikən?

Mən ruhumu və bütün varlığımı, İlahi, Sənin qüdrət və hifzinin sağ əlinə təslim etdim və başımı Sənin qüvvətinlə yastığa qoyur və Sənin iradən və razılığınla qaldırıram. Sən, həqiqətən, Qoruyan, Saxlayan, Qüdrətli və Ən Qüvvətlisən.

And olsun Sənin Qüdrətinə! İstər yatarkən, istər oyaqkən, Sənin arzuladığından başqa heç nə arzulamıram. Mən Sənin bəndənəm və Sənin ixtiyarındayam. Mənə mərhəmətlə kömək eylə ki, Sənin razılığının ətrını saçan işləri görüm. Bu, həqiqətən, mənim və sənə yaxın olanların diləyidir. Şükr olsun sənə, Ey aləmlərin Rəbbi!

-Bahá'u'lláh
-----------------------

Axşam duası (#4710)

*Ey həqiqət axtaran! Əgər Allahın sənin gözünü açmasını istəyirsənsə, Sən gecəyarası Allaha yalvarmalı, Ona dua etməli və Onunla ünsiyyət edərək söyləməlisən:

Ya Rəbb! Mən üzümü Sənin vahidlik səltənətinə çevirmiş və Sənin inayət dəryanda qərq olmuşam. İlahi, bu qaranlıq gecədə Sənin işığını görməyimlə gözlərimi işıqlandır və bu ecazkar əsrdə Sənin məhəbbət şərabınla məni xoşhal eylə. İlahi, Sənin çağırşını eşıtməyə məni qadir eylə və Sənin səma qapılarını mənim üzümə aç ki, Sənin cəlalının nurunu görə bilim və Sənin camalına cəzb olunum.

Həqiqətən, Sən Vericisən, Səxavətli, Mərhəmətli və Bağışlayansan.

-`Abdu'l-Bahá
-----------------------

